Köhnə redaktələr

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmişdir

Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayyaqqabı ilə təmin olunması, onlara gediş haqqınnın ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi

Q A Y D A S I

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 176-cı maddəsinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün mövsümü geyim, ayaqqabı, ərzaq məhsulları və gediş haqqı ilə təmin olunurlar.

1. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin zəruri mövsümi geyim və ayaqqabı əldə etməyə imkanı olmadıqda, onlar dövlət hesabına geyim və ayaqqabı ilə təmin olunurlar.

2. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün yolda olduğu müddət nəzərə alınmaqla ərzaq məhsulları ilə təmin olunurlar. Ərzaq məhsullarının müəyyən səbəblərə görə natura şəklində verilməsi mümkün olmazsa, onlara yolda olduqları hər sutkaya şərti maliyyə vahidinin bir misli həcmində pul konpensasiyası ödənilir.

3. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə, onların şəxsi hesablarında özlərindən asılı olmayan səbəblərə görə pul vəsaiti olmazsa, şərti maliyyə vahidinin on misli həcmində birdəfəlik müavinət verilə bilər.

4. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə Naxçıvan Muxtar Respublikasına getmək üçün təyyarə biletinin haqqı və digər bölgələrdəki yaşayış yerinə getmək üçün marşrut avtobuslarında gediş haqqı ödənilir. Onlarınarzusu ilə başqa nəqliyyat xidmətindən istifadə edilərsə, gediş haqları arasındakı fərq özləri tərəfindən ödənilməlidir.

5. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı, gediş haqqı, həmçinin birdəfəlik pul müavinəti alınması üçün vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilir.

6. Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir.