Köhnə redaktələr

Təhlükəli yüklərin hava nəqliyyatı ilə danışması Qaydalarının təsdiq edilməsi haqqında

“Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq ecdilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 165 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2.Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının  Baş naziri A.Rasi-zadə