Köhnə redaktələr

Azərbaycan Respublikasının  Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 noyabr tarixli 210 nömrəli qərarı ilə təsdiq edilmişdir

Arxeoloji qazıntıların aparılmasına züsusi razılıq (lisenziya) verilməsi

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”yə, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli və “Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin ləğv edilməsi haqqında” 2000-ci il 3 fevral tarixli 270 Fərmanlarına əsasən hazırlanmışdır və arxeoloji qazıntıların aparılması ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra - lisenziya) qaydalarına müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) arxeoloji qazıntıların həyata keçirilməsinə icazə verən rəsmi sənəddir:

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra arxeoloji qazıntıların aparılması fəaliyyəti ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndələri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və lisenziyanın qüvvəsi lisenziya sahibini təsisçi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontrakt) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

1.6. Arxeoloji qazıntıların aparılması məqsədilə yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir.

1.7. Xüsusi razılıq torpaq sahibinin yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə
aşağıdakıları təqdim etməlidir.

2.1.1. lisenziya almaq üçün ərizə;

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

- hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, bankın adı və fəaliyyət növü;

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü*.

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında,hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. sazibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüquqi, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. tarix, filoloji və ya memarlıq sahəsində ali təhsilli olması haqqında sənəd arxeoloji qazıntıların aparılması sahəsində 2 ildən az olmayaraq iştəcrübəsi olmasını təsdiq edən sənəd*;

2.1.8. Ərizəçilərdən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün tətbiq olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi kitabda qeydə olınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə,bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdək sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçi tərəfindən təqdim olunan sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar aşkar edildikdə;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məş ğ
ul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikcə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda, məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə,yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziyalar da öz hüquqi qüvvəsini itirir. Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsidiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Mədəniyyət Nazirliyinin verdiyi müvəqqəti icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin adı;

3.1.2. hüquqi şəxslər üçün – lisenziya verilən müəssisə,təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və ya nə vaxt verilmişdir), ünvan;

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya Azərbaycan Respublikasının mədəniyyət naziri (o olmadıqda, onu əvəz edən müavini) tərəfindən imzalanır və Nazirliyin möhürü ilə təsdiq olunur.

IV. Lisenziyanın müddəti

4.1. L
isenziya 5 il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsiüçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

V. Lisenziyanın surəti

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə, təzə obyektlərə lisenziyanın surətini almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə Qaydaların 2.1.6. və 2.1.7-ci yarımbənddlərində tələb olunan sənədlər.

5.3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3. və 2.4. bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti – lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə “Surəti” sözü və ünvanı qrafasına obyektin ünvanı da əlavə edilmədikdə doldurulmuş, Mədəniyyət Nazirliyinin rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və Nazirliyinin möhürü ilə təsdiq edilən və həmin obyektlərdə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyd alınır.

5.6. Lisenziyanın surəti itirildikdə, lisenziyanın sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Mədəniyyət Nazirliyinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibi fəaliyyət növünü həyata keçirərkən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına riayət etməlidir.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir.

6.3. Nəzarət qaydasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı o r
taya çıxan suallara aid lisenziya sahibindən məlumatlar aə arayışlar tələb etmək;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri və lisenziya sazibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi zəruri olduqda, müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasındaaparılan yoxlamalara cəlb edə bilər.

VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlərin pozulduğu aşkar edildikdə;

7.1.2.5. Azərbaycan Respublikasının qanunvericilyində nəzərdə tutulan digər hallarda.

7.2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılışəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişdirildikdə, lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Azərbaycan Respublikasının Mdəniyyət Nazirliyi tərəfindən bu barədə qərar qəbul edildikdə, lisenziya bərpa edilmiş hesab olunur. Həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi lisenziyanı aşağıdakı hallarda l
əğv edir:

7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya asahibi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyinin nəzərdə tutulan digər hallarda.

7.4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpa edilməsi haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi verdiyi, qeydə aldığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VIII. Məsuliyyət

8.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarlarından və nümayəndələrinin hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəksə, ərizədə həmin obyektlərin sayı və ünvanı göstərilir.

** Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekt uyğun olmalıdır.